Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətində ATİA-nın İdarə Heyətinin sədri Ramiz İsayevin, 30-dan çox iş adamının və sahibkarların iştirakı ilə görüş keçirildi

Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətində ATİA-nın İdarə Heyətinin sədri Ramiz İsayevin, 30-dan çox iş adamının və sahibkarların iştirakı ilə görüş keçirildi. Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov ilk növbədə sahibkarların işləri, onların fəaliyyətinə əngəl törədən və ya mane olan amillərin olub-olmaması barədə maraqlandı. Görüşdə ATİA-nın İdarə Heyətinin sədri də çıxış edərək
fəaliyyət dairələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması ilə bağlı görüləcək işlərdən danışıb, bu istiqamətdə öz təkliflərini irəli sürüb, onlara göstərilən dövlət qayğısından razı olduğunu və buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.