“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Azərbaycan Standartlaşdırma İnstitutunun dəstəyi ilə “Keyfiyyətin idarəedilməsi və ISO standartları” mövzusunda sahəvi görüş keçirilib

“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Azərbaycan Standartlaşdırma İnstitutunun dəstəyi ilə “Keyfiyyətin idarəedilməsi və ISO standartları” mövzusunda sahəvi görüş keçirilib.


Tədbirdə Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi, ATİA üzv şirkətləri və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) nümayəndələri iştirak ediblər. Görüş zamanı ISO standartlarının tikinti sektorunda tətbiqi, keyfiyyətə nəzarətin gücləndirilməsi və istehsalçıların beynəlxalq bazarlara çıxış imkanları müzakirə olunub.