Bakı Ekspo Mərkəzində yüzlərlə yerli və xarici şirkətlərin iştirak etdiyi “BakuBuild” beynəlxalq tikinti sərgisinin açılış mərasimi baş tutmuşdur. Açılışda ATİA-nın idarə heyətinin sədri Ramiz İsayev, assosasiyamızın digər rəhbər şəxsləri və üzv şirkətlərimizin nümayəndələri iştirak etmiş, təşkil olunan sərgi ilə daha yaxından tanış olmuşdurlar.
ATİA-nın rəsmi tərəfdaşı olduğu “BakuBuild” sərgisi müasir tikinti sektoru, infrastruktur, şəhərsalma və bərpa işləri ilə bağlı ən son innovasiyaları təşviq edir, eyni zamanda bu sahədə fəaliyyət göstərən biznes subyektlərinin daha rahat əməkdaşlıq etmələri üçün əlverişli bir ekosistem təqdim edir.