Bakı Ekspo Mərkəzində Yerli Şirkətlərin 6-cı Tanıtım Sərgisi keçirilib.
Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un təşkilatçılığı ilə keçirilən sərgi tədbir çərçivəsində müxtəlif sahələr üzrə fəaliyyət göstərən yerli istehsalçılar məhsul və xidmətlərini təqdim ediblər.
Sərginin yekununa həsr olunmuş axşam ziyafəti baş tutub. Tədbirdə Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının rəhbəri də iştirak edib.
Tədbirin rəsmi hissəsində çıxışlar dinlənilib. Çıxış edənlər yerli şirkətlərin qlobal bazarda rəqabətqabiliyyətliliyinin artırılması və iqtisadi potensialın gücləndirilməsi baxımından bu cür təşəbbüslərin mühüm rol oynadığını vurğulayıblar.