14-16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Karabakh 2025”) keçiriləcək.
Sərgi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərini tanıtmaq, satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri qurmaq üçün əhəmiyyətli platforma rolunu oynayacaq. Bu il də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sərgidə xüsusi stendlə iştirak edəcək.
“Rebuild Karabakh” sərgisi bu il öz yubileyini qeyd edir və informasiya texnologiyaları, investisiyalar, ekologiya, alternativ enerji, inşaat, kənd təsərrüfatı, qida və kimya sənayesi, mədən, nəqliyyat, yol tikintisi və infrastruktur kimi müxtəlif sahələri əhatə edəcək.
