Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Xəzər İnşaat Həftəsi – “Caspian Construction Week” çərçivəsində keçirilən “BakuBuild” və “Rebuild Karabakh” sərgiləri start götürüb

Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Xəzər İnşaat Həftəsi – “Caspian Construction Week” çərçivəsində keçirilən “BakuBuild” və “Rebuild Karabakh” sərgiləri start götürüb.

Üç gün davam edəcək Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 17 ölkədən 299 şirkət iştirak edir. Bu il “BakuBuild” sərgisi 30 illik, “Rebuild Karabakh” sərgisi isə 5 illik yubileyini qeyd edir.
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) “BakuBuild” sərgisinin rəsmi dəstəkçisi olaraq tədbirdə iştirak edib.

ATİA İdarə Heyətinin sədri Ramiz İsayev, dövlət və biznes assosiasiyalarının nümayəndələrinin iştirakı ilə təşkil edilən “biznes tur”da iştirak edərək sərgidə nümayiş olunan yenilikləri izləyib və şirkətlərin fəaliyyəti ilə yaxından tanış olub.


Sərgi, tikinti sektorunda innovasiyaların təqdimatı, təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm platformadır.