Azərbaycanla İraq arasında işgüzar əlaqələrin və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan- İraq biznes forumu təşkil olunmuşdur
Azərbaycanla İraq arasında işgüzar əlaqələrin və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan- İraq biznes forumu təşkil olunmuşdur.
Keçirilən forumda əldə olunan razılıqlar nəticəsində hər iki ölkənin biznes müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan- İraq Biznes Şurasının yaradılması haqqında razılaşma sənədi imzalanmışdır. Sənəd KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və İraq Ticarət Platformalar Federasiyasının prezidenti Abdulrazaq Al-Zuheyri tərəfindən imzalanmışdır.
Forumda ATİA-nı Beynəlxalq əlaqələr və investisiya proqramları departamentinin rəhbəri Əşrəf Şıxəliyev təmsil etmişdir və forum çərçivəsində yeni əlaqələr qurulması, xarici investisiyaların cəlb olunması istiqamətində bir sıra görüşlər keçirilmişdir.