Azərbaycanın aparıcı tikinti şirkətlərindən olan “Kristal Abşeron” brendinin yenilənməsi münasibətilə xüsusi rebrendinq tədbiri təşkil edib

Azərbaycanın aparıcı tikinti şirkətlərindən olan “Kristal Abşeron” brendinin yenilənməsi münasibətilə xüsusi rebrendinq tədbiri təşkil edib.


Tədbir rəsmi və qeyri-rəsmi hissələrdən ibarət olub. Rəsmi hissədə yenilənmiş brendin təqdimatı keçirilib, şirkət rəhbərliyi tərəfindən yeni strategiya, vizual kimlik və inkişaf istiqamətləri barədə çıxışlar səsləndirilib.
Qeyri-rəsmi hissədə isə tədbir iştirakçıları arasında qarşılıqlı tanışlıq və fikir mübadiləsi üçün imkan yaradılıb.
Tədbirdə Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının rəhbər heyəti də iştirak edib.