Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının rəhbərliyi Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov ilə görüşüb
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının rəhbərliyi Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov ilə görüşüb.
Görüşdə iki ölkə arasında tikinti sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Xüsusilə, türkmənistanlı investorların Azərbaycana cəlb edilməsi və Türkmənistanda reallaşa biləcək potensial layihələr diqqət mərkəzində olub. Eyni zamanda, yerli tikinti şirkətlərinin Türkmənistan bazarına inteqrasiyası və qarşılıqlı tərəfdaşlıq imkanları da qiymətləndirilib.