Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının rəhbər heyəti 30-cu Xəzər İnşaat Həftəsinin açılışına özəl təşkil edilmiş “Qala gecəsi”ndə iştirak edib
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının rəhbər heyəti 30-cu Xəzər İnşaat Həftəsinin açılışına özəl təşkil edilmiş “Qala gecəsi”ndə iştirak edib.
Tədbirdə xüsusi dəvət edilmiş dövlət qurumları və biznes assosiasiyalarının nümayəndələri yer alıb. Korporativ mühitdə keçirilən gecə iştirakçılara tikinti sektoru ilə bağlı təcrübə və perspektivləri müzakirə etmək, həmçinin sahənin inkişaf istiqamətində fikir mübadiləsi aparmaq imkanı yaradıb.