Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Ramiz İsayev Marsol Group-un rəhbəri Tural Mustafayev ilə görüş keçirib

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Ramiz İsayev Marsol Group-un rəhbəri Tural Mustafayev ilə görüş keçirib.

Görüşdə tikinti sektorunda həyata keçirilən işlər, investisiyaların cəlb edilməsi, davam edən layihələrin icrası və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər həmçinin qarşılıqlı maraq kəsb edən əməkdaşlıq imkanlarını və yeni layihələrə dair fikir mübadiləsi aparıblar.