Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi Qazaxıstanda fəaliyyət göstərən və “AqQala Build” sərgisinin təşkilatçısı olan “NUC” – Nomad Union Company rəhbərliyi ilə görüş keçirib.
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi Qazaxıstanda fəaliyyət göstərən və “AqQala Build” sərgisinin təşkilatçısı olan “NUC” – Nomad Union Company rəhbərliyi ilə görüş keçirib. Görüş zamanı Qazaxıstanda növbəti illərdə təşkil olunacaq sərgilərdə Azərbaycan tikinti şirkətlərinin iştirakı müzakirə olunub. Tərəflər, həmçinin, sərgilərin ikitərəfli əməkdaşlığın inkişafına töhfə verəcəyini və yeni biznes əlaqələrinin qurulması baxımından əhəmiyyətini vurğulayıblar.