Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) İdarə Heyətinin sədri Ramiz İsayev, “Asan Radio”nun direktoru AR əməkdar jurnalisti Emin Musəvi ilə görüş keçirib

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) İdarə Heyətinin sədri Ramiz İsayev, “Asan Radio”nun direktoru AR əməkdar jurnalisti Emin Musəvi ilə görüş keçirib.


Görüş çərçivəsində yaxın zamanda təşkil olunması planlaşdırılan ATİA-nın 5 illik yubileyi ilə bağlı ətraflı müzakirələr aparılıb. Təcrübəli jurnalist Emin Musəvi yubiley tədbirinin yüksək səviyyədə, mötəbər və yadda qalan şəkildə keçirilməsi üçün öz peşəkar təkliflərini Assosiasiya rəhbərliyi ilə bölüşüb.