Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası Böyük Britaniya İxrac Maliyyə Sessiyasında İştirak Etdi
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası Böyük Britaniya İxrac Maliyyə Sessiyasında İştirak Etdi Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbər heyəti Böyük Britaniya səfirliyi və Böyük Britaniyanın Azərbaycandakı Ticarət Palatası (BCCA) tərəfindən təşkil olunan “Böyük Britaniya İxrac Maliyyə Nümayəndəliyi ilə Məlumat Sessiyası (UK export finance session)” tədbirində iştirak edib.
Böyük Britaniya və Azərbaycanın yerli şirkətlərinin iştirak etdiyi sessiyada ixrac maliyyələşdirilməsi, ticarət əlaqələrinin gücləndirilməsi və qarşılıqlı investisiya imkanları kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir iki ölkə arasında tikinti və iqtisadi sektorlarda əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm platforma rolunu oynayıb.