Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) ilə BUILDERS AND REALTORS UNITY arasında qarşılıqlı əməkdaşlığa dair ikitərəfli memorandum imzalanmışdır

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) ilə BUILDERS AND REALTORS UNITY arasında qarşılıqlı əməkdaşlığa dair ikitərəfli memorandum imzalanmışdır.


Bu memorandumun əsas məqsədi tikinti sektorunda tərəfdaşlığın gücləndirilməsi, innovativ yanaşmaların təşviqi və onlayn tikinti bazarının formalaşdırılması istiqamətində birgə fəaliyyətlərin genişləndirilməsidir.
BUILDERS AND REALTORS UNITY daşınmaz əmlak sahəsində aktiv platforma olan gbaru.com saytının təsisçisidir.

Görüş çərçivəsində tərəflər arasında gələcəkdə həyata keçiriləcək ortaq təşəbbüslər və rəqəmsal tikinti ekosisteminin formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılmışdır.