1.1. Bu Əsasnamə Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (bundan sonra – ATİA) tərəfindən həyata keçirilən ATİA CERT- adlanan Sertifikatlaşdırma Proqramının məqsəd, vəzifə və fəaliyyət prinsiplərini müəyyən edir.
1.2. Sertifikatlaşdırma Proqramı Azərbaycan Respublikasının qanunvericiliyinə, ISO, TÜV, Avropa, Çin, Rusiya, Türkiyə, ABŞ və beynəlxalq qəbul edilmiş təcrübəyə, əsaslanaraq müvafiq akreditasiya qurumların sertifikasiya qaydalarına cavab verən və zəruri prosedurları təmin etmək məqsədli əlaqəli məsləhət xidmətini ehtiva edir.
1.3. Əsasnamə ATİA-nın Nizamnaməsinə və qüvvədə olan yerli və beynəlxalq norma standarlarına istinad edir.
2. Məqsəd və vəzifələr
2.1. Tikinti sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların, iş xidmət və məhsulların beynəlxalq və milli standartlara uyğunluğunu qiymətləndirmək.
2.2. İdarəetmə sistemlərinin, texniki normativlərin və infrastruktur layihələrinin beynəlxalq tanınmasını təmin etmək.
2.3. Sertifikatlaşdırmada şəffaflıq, obyektivlik və qərəzsizlik prinsiplərinə əməl etmək.
2.4. Azərbaycan tikinti sənayesinin rəqabət qabiliyyətini artırmaq və ixrac imkanlarını genişləndirmək.
3. Prinsiplər
3.1. Neytrallıq və müstəqillik – Sertifikatlaşdırma digər kommersiya fəaliyyətlərindən ayrılmışdır.
3.2. Qərəzsizlik və bərabərlik – Bütün müraciətlər eyni prosedurla qiymətləndirilir.
3.3. Şəffaflıq – Proses ictimaiyyətə açıqdır.
3.4. Məxfilik – Müştəriyə aid məlumatlar qorunur.
4. Serifikasiya təşkili sahələri
4.1. İdarəetmə sistemləri (ISO və beynəlxalq)
ISO 9001 (Keyfiyyət idarəetməsi)
ISO 14001 (Ekologiya)
ISO 45001 (Əməyin təhlükəsizliyi)
ISO 50001 (Enerji idarəetməsi)
ISO 37001 (Antikorrupsiya)
ISO/IEC 27001 (İnformasiya təhlükəsizliyi)
ISO/IEC 17025 (Laboratoriyalar)
ISO 31000 (Risk idarəetməsi)
digər əlaqəli İSO standartları
4.2. Tikinti üzrə ISO standartları
ISO 19650 (BIM idarəetməsi)
ISO 21929, 21930, 21931 (Dayanıqlı tikinti)
ISO 6707 (Tikinti terminologiyası)
ISO 10845 (Satınalma prosedurları)
ISO 12944 (Korroziyadan qorunma)
ISO 15686 (Ömür dövrü planlaşdırılması)
ISO 16739 (IFC məlumat mübadiləsi)
ISO 21500/21502 (Layihə idarəetməsi)
ISO 3834 (Qaynaqlama keyfiyyəti)
ISO 9869 (İstilik performansı)
digər əlaqəli İSO standartları
4.3. Avropa normaları və qaydaları
Eurocodes (EN 1990–1999) – Beton, polad, daş, taxta, seismik dizayn və s.
FIDIC müqavilə şərtləri – Qırmızı, Sarı, Gümüş, Yaşıl kitablar.
RICS Professional Standards – Layihə idarəçiliyi və qiymətləndirmə kodeksləri.
4.6. Rusiya Federasiyası normaları (SNiP, SP, GOST)
SNiP 2.01.07-85 – Yüklər və təsirlər
SNiP II-22-81 – Daş konstruksiyaları
SNiP 52-01-2003 – Beton və dəmir-beton
SP 20.13330.2016 – Yüklər və təsirlər (yenilənmiş)
SP 63.13330.2018 – Beton konstruksiyaları
SP 70.13330.2012 – Torpaq işləri və təməl
GOST R 57309-2016 – Yaşıl tikinti standartı
digər əlaqəli standart, norma və qaydaları
4.7. Türkiyə Respublikası normaları (TS, TBDY, TSE)
TS 500 – Betonarme yapıların hesap ve yapım kuralları
TS EN 1990–1999 – Eurokodların Türkiyə tətbiqi
TBDY 2018 – Türkiyə Bina Deprem Yönetmeliği
TS 498 – Yapılarda yükler
TS EN ISO seriyası – Türkiyə üzrə ISO uyğunlaşdırmaları
TSE Green Building Codes – Enerji səmərəliliyi və ekoloji dizayn
digər əlaqəli standart, norma və qaydaları
4.8. Azərbaycan Respublikası Milli normalar (AzDTN/DBN və digər qanunvericilik)
Şəhərsalma və Tikinti Məcəlləsi
Yanğın Təhlükəsizliyi Qaydaları
Seismik Təhlükəsizlik Normaları
Enerji Səmərəliliyi və Yaşıl Tikinti normativləri
AzDTN 2.01.01 – Tikinti iqlimşünaslığı
AzDTN 2.02.01 – Torpaq işləri və bünövrələr
AzDTN 2.03.01 – Dəmir-beton konstruksiyalar
AzDTN 2.03.02 – Polad konstruksiyalar
AzDTN 2.04.01 – Daş hörgü konstruksiyaları
AzDTN 2.05.01 – Taxta konstruksiyalar
AzDTN 2.06.01 – Su təchizatı və kanalizasiya
AzDTN 2.07.01 – İstilik, havalandırma və kondisioner
AzDTN 2.08.01 – Elektrik təchizatı
AzDTN 2.09.01 – Yanğın təhlükəsizliyi
digər əlaqəli standart, norma və qaydaları
5. İdarəetmə və struktur
(Şöbə, audit qrupları, texniki komitələr, apellyasiya mexanizmi )
5.1. Sertifikatlaşdırma Proqramı ATİA nəzdində yaradılan Sertifikatlaşdırma Şöbəsi tərəfindən həyata keçirilir.
5.2. Sertifikatlaşdırma Şöbəsinin tərkibində:
Ekspert qrupu;
Texniki komitə;
Audit qrupları;
Apellyasiya və şikayət komissiyası fəaliyyət göstərir.
5.3. Strukturun təşkili ISO/IEC 17021-1 və ISO 17011 standartlarının tələblərinə uyğun aparılır.
6. Sertifikatların verilməsi və qüvvədə olma müddəti
6.1. Sertifikatlar yalnız auditdən uğurla keçmiş müəssisələrə və ATİA ilə əməkdaşlıq müqaviləsi olan Müvafiq akredtitasiya qurumu tərəfindən təsdiq edildikdən sonra müraciətçiyə təqdim olunaraq, ATİA saytında məlumatlar və alt sənədləri əks etdirilir.
6.2. Sertifikatın qüvvədə olma müddəti – müvafiq akreditasya qurumunu tələbləri üzrə.
6.3. Qüvvədə olma müddətində hər ildə iki dəfədən az olmayaraq nəzarət auditi həyata keçirilir.
6.4. Sertifikatın dayandırılması və ya ləğvi halları:
Standart tələblərinə uyğunsuzluqların aradan qaldırılmaması;
Sertifikatın sui-istifadəsi;
ATİA qaydalarının pozulması.
7. Şikayətlər və apellyasiya
7.1. Sertifikatlaşdırma ilə bağlı şikayət və apellyasiya müraciətləri ATİA nəzdində yaradılan müstəqil Apellyasiya Komissiyası tərəfindən araşdırılır.
7.2. Qərarlar beynəlxalq praktikaya uyğun olaraq qəbul edilir.
8. Maliyyələşmə
8.1. Sertifikatlaşdırma fəaliyyəti müraciətçilərin ödədiyi haqq və tariflər hesabına maliyyələşdirilir.
8.2. Tariflər illik olaraq ATİA tərəfindən təsdiq edilir və ictimaiyyətə açıqlanır.
9. Yekun müddəalar
9.1. Bu Əsasnaməyə dəyişikliklər ATİA sədrinin qərarı ilə edilir.
9.2. Əsasnamə təsdiq edildiyi tarixdən qüvvəyə minir.
Proqramın məqsədi, hüquqi statusu və ATİA-nın nəzdində yaradılan sertifikatlaşdırma mərkəzinin funksiyaları.
İstinad: ISO/IEC 17021-1 (Uyğunluq qiymətləndirilməsi – Sertifikatlaşdırma orqanlarının tələbləri).
Keyfiyyət Siyasəti
TÜV və ISO və s. prinsiplərinə uyğun olaraq neytrallıq, müstəqillik və qərəzsizlik öhdəlikləri.
ATİA tərəfindən təsdiq edilən rəsmi sənəd.
İdarəetmə Sənədləri
İdarəetmə və Nəzarət Mexanizmi
Sertifikatlaşdırma üzrə idarə heyəti, texniki komitələr, apellyasiya və şikayət komissiyası.
ISO 17011 tələblərinə uyğun akkreditasiya strukturu.
Məxfilik və Qərəzsizlik Protokolu
İşçilərin və ekspertlərin maraq toqquşmasının qarşısını almaq mexanizmləri.
Əməliyyat Sənədləri
Sertifikatlaşdırma Proseduru
1. Müraciətin qəbulu və ilkin qiymətləndirmə.
2. Audit planlaşdırması (Stage 1 və Stage 2).
3. Sertifikat qərarı və nəzarət auditi.
4. Sertifikatın dayandırılması və ləğvi qaydaları.
Audit İşçi Qaydaları
ISO 19011:2018 (Auditor rəhbərliyi) əsasında.
Müstəqil audit komandası, müşahidəçi və texniki ekspertlərin iştirakı
Risklərin Qiymətləndirilməsi Mexanizmi
Sertifikatın sui-istifadəsi, saxta istifadə, keyfiyyətsiz xidmət risklərinin təhlili.
Texniki və Normativ Əlavələr
Sertifikat Nümunəsi
ATİA loqosu + akkreditasiya loqosu (məs: TÜV/ISO)
Sertifikat nömrəsi, sahə, qüvvədə olma müddəti.
Sertifikatlaşdırma Haqqı və Tariflər
Müraciət haqqı, audit haqqı, illik nəzarət haqqı.
Şikayət və Apellyasiya Qaydaları
Beynəlxalq praktika (TÜV SÜD, TÜV Rheinland, SGS nümunələri) əsasında.
Təlim və Davamlı İnkişaf
Auditor və Ekspertlər üçün Təlim Proqramı
ISO 9001, ISO 14001, ISO 45001 üzrə təlim modulları.
Davamlı inkişaf planı (CPD – Continuous Professional Development).
Sertifikat Sahibləri üçün Davamlı Monitorinq
İllik hesabat tələbi.
Qəfil yoxlama mexanizmləri.
Əlavə Sənədlər
Sertifikatlaşdırma Müraciət Forması (application form).
Sertifikat sahibləri üçün İstifadə Qaydaları.
Neytrallıq Bəyannaməsi (Neutrality Declaration).
ATİA-CERT
Tikinti Sektorunda Etibarlılıq və Keyfiyyət Standartı
ATİA-CERT – “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” tərəfindən yerli və beynəlxalq standarlara uyğunluğu müəyyən edən sertifikatlaşdırmadır.Əsas məqsədi tikinti və əaqəli sahələrdə fəaliyyət göstərən iqtisdi fəaliyyət subyeklərinin yerli və beynəlxalq standartlara uyğunluğunu qiymətləndirmək və müvafiq (yerli və beynəlxalq) akreditasiya qurumları tərəfindən təsdiqlətməkdir.
ATİA-CERT – Azərbaycanın tikinti sektorunda beynəlxalq səviyyədə tanınan etibarlılıq nişanı.
Sertifikatlaşdırma Proqramı Azərbaycan Respublikasının qanunvericiliyinə, ISO, TÜV, FIDIC, RİCS, Avropa, Çin, Rusiya, Türkiyə, ABŞ və beynəlxalq qəbul edilmiş təcrübəyəə, əsaslanır
Missiya
Azərbaycan tikinti sənayesində etimad, şəffaflıq və məsuliyyət prinsiplərinə əsaslanan keyfiyyət mədəniyyətini formalaşdırmaq.
Tikinti sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların, iş xidmət və məhsulların beynəlxalq və milli standartlara uyğunluğunu təmin etmək məqsədilə fəaliyət.
İdarəetmə sistemlərinin, texniki normativlərin və infrastruktur layihələrinin beynəlxalq tanınmasını təmin etmək məqsədilə əməli köməklik.
Sertifikatlaşdırmada şəffaflıq, obyektivlik və qərəzsizlik prinsiplərini təbliğ etmək.
Azərbaycan tikinti sənayesinin rəqabət qabiliyyətini artırmaq və ixrac imkanlarını genişləndirmək.
Əsas fəaliyyət istiqamətləri
Tikinti və əlaqəli istehsal müəssisələrinin müvafiq sertifikatlaşdırılması üçün əməli fəlaiyyət
Layihə və müqavilə keyfiyyətinin audit qiymətləndirilməsi
Tikinti məhsullarının uyğunluq testləri
Mühəndis və peşəkarların sertifikasiyasının təşkili
Yerli və Beynəlxalq qurumlarla əməkdaşlıq (AZAK, , ISO, TÜV, SGS, FIDIC, RICS və s.)
ATİA-CERT sertifikatının üstünlükləri
Dövlət və beynəlxalq tenderlərdə etibarlılığın artırılması
Maliyyə və investisiya layihələrində reputasiya üstünlüyü
Keyfiyyət və təhlükəsizlik üzrə rəqəmsal yoxlama sistemi