ATİA rəhbərliyi və üzvlərimizdən ibarət heyət qardaş Türkiyə Respublikasında ildə 1 dəfə təşkil edilən “Maktek Avrasya” sərgisinin açılış mərasimində iştirak ediblər
ATİA rəhbərliyi və üzvlərimizdən ibarət heyət qardaş Türkiyə Respublikasında ildə 1 dəfə təşkil edilən “Maktek Avrasya” sərgisinin açılış mərasimində iştirak ediblər. Onlarla fərqli ölkələrdən olan istehsalçı şirkətlərin məhsulları-dəzgah alətləri, metal işləmə cihazları və istehsal texnologiyaları məhsulları nümayiş etdirilib.
Sərgi İstanbul şəhərində yerləşən Tüyap Sərgi və Konqres Mərkəzində baş tutub. Açılış mərasimindən sonra heyətimiz sərgi ilə daha yaxından tanış olub və nümayiş olunan avadanlıqlarlın texniki göstəriciləri haqqında ətraflı məlumat alıblar.