ATİA rəhbərliyi Çexiyanın Azərbaycandakı səlahiyyətli səfiri və CzechTrade Azerbaijan nümayəndəliyinin Layihə meneceri ilə görüş keçirib
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Milan Sedláček və CzechTrade Azerbaijan nümayəndəliyinin Layihə meneceri xanım Ülkər Mirzəzadə ilə görüş keçirib.
Görüş zamanı Azərbaycan və Çexiya arasında tikinti, infrastruktur və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər bu sahələrdə mövcud potensialın dəyərləndirilməsi, qarşılıqlı maraq doğuran layihələrin təşviqi və yeni əməkdaşlıq platformalarının yaradılması barədə müzakirələr aparıblar.
Həmçinin şirkətlərarası əlaqələrin gücləndirilməsi, birgə təşəbbüslərin reallaşdırılması və qarşılıqlı tərəfdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.