ATİA-nın inzibati ofisində İdarə Heyətinin sədri cənab Ramiz İsayevin assosiasiyanın əməkdaşları ilə 2024-cü ilin yekununa dair görüşü baş tutdu

Bu gün ATİA-nın inzibati ofisində İdarə Heyətinin sədri cənab Ramiz İsayevin assosiasiyanın əməkdaşları ilə 2024-cü ilin yekununa dair görüşü baş tutdu. 

Görüş zamanı cari ildə görülmüş işlər müzakirə edildi, il ərzində fəallığı və nümunəvi davranışı ilə seçilən əməkdaşlar – Departament rəhbərləri Əşrəf Şıxəliyev, Nicat Alxaszadə və mühasib Rahib Rəhimova təşəkkürnamələr təqdim edildi.

O cümlədən Assosiasiyanın İdarə Heyətinin sədrinin müvafiq əmrinə əsasən Əşrəf Şıxəliyev ATİA-nın sədr müavini vəzifəsinə təyin edildi. Həmkarlarımızı qazandıqları nailiyyətlər münasibətilə təbrik edir, 2025-ci ildə onlara daha böyük uğurlar arzulayırıq!