ATİA-nın idarə heyətinin sədri Ramiz İsayev yerli iş adamları ilə birlikdə KOBİA tərəfindən təşkil olunan yaxta turunda və qeyri-rəsmi səhər yeməyində iştirak etmişdir
ATİA-nın idarə heyətinin sədri Ramiz İsayev yerli iş adamları ilə birlikdə KOBİA tərəfindən təşkil olunan yaxta turunda və qeyri-rəsmi səhər yeməyində iştirak etmişdir.
Yığıncaqda iştirak edən KOBİA İH-nin sədri Orxan Məmmədovun vurğuladığı kimi, görüşün əsas məqsədi iş adamlarının qarşılaşdığı çətinlikləri dinləmək və onlara daha da effektiv dəstək olmaq idi. Bu xüsusda, biz də ATİA olaraq görüş əsnasında üzv şirkətlərimizin təklif və iş prosesində yaşadıqları çətinliklərini dilə gətirdik, bu istiqamətdə həll yollarının tapılması üzrə müəyyən danışıqlar apardıq.