ATİA inzibati ofisində Assosiasiyamızın rəhbər heyəti və Rusiya İxrac Mərkəzi ASC-nin rəhbərliyinin iştirakı ilə görüş təşkil edilib. Görüşdə hər iki ölkənin sahibkarları arasında ticarətin daha da asanlaşdırılması, üzvlərin beynəlxalq bazarlara çıxış perspektivləri və xarici sahibkarların yerli tikinti sektoruna daha çox investisiya cəlb etməsi üçün mümkün həll yollarının tapılması istiqamətində müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan – Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin 2-ci iqtisadi forumu keçirilib. Forumda Azərbaycanın biznes mühiti, ölkəmizdə həyata keçirilən islahatlar barədə KƏŞ ölklərinin biznes dairələrinin məlumatlandırılması və əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edildi. Enerji, ticarət və infrastrukturun inkişafı sahəsində təşəbbüslər regional sabitlik və rifaha əhəmiyyətli töhfə verir. Bu gün Azərbaycan və KƏŞ ölkələri arasında iqtisadi əlaqələr qarşılıqlı maraq əsasında inkişaf edir.