ATİA inzibati ofisində Assosiasiyamızın rəhbər heyəti və Rusiya İxrac Mərkəzi ASC-nin rəhbərliyinin iştirakı ilə görüş təşkil edilib

ATİA inzibati ofisində Assosiasiyamızın rəhbər heyəti və Rusiya İxrac Mərkəzi ASC-nin rəhbərliyinin iştirakı ilə görüş təşkil edilib. Görüşdə hər iki ölkənin sahibkarları arasında ticarətin daha da asanlaşdırılması, üzvlərin beynəlxalq bazarlara çıxış perspektivləri və xarici sahibkarların yerli tikinti sektoruna daha çox investisiya cəlb etməsi üçün mümkün həll yollarının tapılması istiqamətində müzakirələr aparılıb.