ATİA İdarə Heyətinin Sədri Ramiz İsayev Misirin Azərbaycandakı Səfiri Houssam Eldine Redan ilə Görüşüb
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Ramiz İsayev Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Houssam Eldine Redan ilə görüşüb.
Görüşdə iki ölkə arasında tikinti sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Xüsusilə, misirli investorların Azərbaycana cəlb edilməsi və Misirdə reallaşa biləcək potensial layihələr diqqət mərkəzində olub.
Eyni zamanda, yerli tikinti şirkətlərinin Misir bazarına inteqrasiyası və qarşılıqlı tərəfdaşlıq imkanları da qiymətləndirilib.