Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Ramiz İsayev, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə “JW Marriott Absheron Baku Hotel”də keçirilən “2-ci Milli Rəqabət Forumu”nda iştirak edib.
Forumda millət vəkilləri, dövlət qurumları, biznes assosiasiyaları və özəl sektor nümayəndələri bir araya gələrək rəqabət siyasətinin inkişafı, təbii inhisarların tənzimlənməsi, ədalətli bazar münasibətlərinin qurulması və iqtisadi inklüzivliyin gücləndirilməsi mövzularında müzakirələr aparıblar.
Çıxış edən rəsmi şəxslər rəqabət mühitinin ölkə iqtisadiyyatının dayanıqlı inkişafında, xarici investisiyaların cəlb edilməsində və kiçik və orta biznesin dəstəklənməsində mühüm rolunu vurğulayıblar. Həmçinin Rəqabət Məcəlləsinin qəbulunun şəffaf və bərabər imkanların təmininə strateji töhfə verəcəyi qeyd edilib.