Bakı KOB evində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə “Bazar iqtisadiyyatında pərakəndə satış şəbəkələrinin rolu: İmkanlar və Perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib.

Tədbirdə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATİA) sədri də iştirak edib. Assosiasiya tikinti materialları sahəsində yerli istehsalçıların pərakəndə satış şəbəkələrinə çıxışının genişləndirilməsinin vacibliyini vurğulayıb. Müzakirələr zamanı iştirakçılar KOB-ların bazara inteqrasiyası, sağlam rəqabət mühitinin təşviqi və tərəfdaşlıq imkanlarının araşdırılması ətrafında fikir mübadiləsi aparıblar.