Beynəlxalq Muğam Mərkəzində “Lady Femida” adlı genişmiqyaslı hüquq forumu keçirildi.
Tədbirdə gender bərabərliyi, qanunvericilik və hüquqşünas qadınların üzləşdiyi çətinliklər müzakirə olundu. Forum “Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutdu. Forumda hüquqşünaslar, hakimlər, prokurorlar, vəkillər, mediatorlar, alimlər, özəl sektor nümayəndələri və Türkiyədən iştirakçılar yer alıblar. Tədbirdə Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasını, İdarə Heyətinin sədrinin birinci müavini Ramilə İsrafilbəyova təmsil etmiş və özəl sektorda qadınların idarəçilikdə iştirakçılığı ilə bağlı müzakirələrdə aktiv iştirak edərək, təkliflərini bildirmişdir.