ATİA-nın İdarə Heyətinin sədri Ramiz İsayev və assosiasiyanın digər rəhbər vəzifəli şəxsləri Özbahçeci Invest Club tərəfindən təşkil edilən “Xəyallardan Gələcəyə İnvestisiya” adlı tədbirdə iştirak etdilər
Bugün ATİA-nın İdarə Heyətinin sədri Ramiz İsayev və assosiasiyanın digər rəhbər vəzifəli şəxsləri Özbahçeci Invest Club tərəfindən təşkil edilən “Xəyallardan Gələcəyə İnvestisiya” adlı tədbirdə iştirak etdilər.
Tədbir çərçivəsində yaradıcı sahibkarlar öz layihələrini təqdim edərək iştirakçılarla fikir mübadiləsi apardılar. Tədbirdə investorlar və digər iştirakçılar üçün faydalı şəbəkələşmə imkanları yaradılması məsələləri də müzakirə edildi.