3 oktyabr tarixində Bakı Biznes Mərkəzində KOBİA, Azpromo və Rusiya İxrac Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes əlaqələrinin daha da möhkəmləndirilməsinə həsr olunmuş işgüzar forum keçirilib
3 oktyabr tarixində Bakı Biznes Mərkəzində KOBİA, Azpromo və Rusiya İxrac Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes əlaqələrinin daha da möhkəmləndirilməsinə həsr olunmuş işgüzar forum keçirilib. Forumu Azərbaycan Respublikasında Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin rəhbəri N.H. Quliyev açıb, Rusiya Federasiyasının Fövqəladə və Səlahiyyətli Səfiri M.N. Yevdokimov və digər yüksək səviyyəli qonaqların çıxışları ilə davam edib. ATİA-nın rəhbər heyətinin də iştirak etdiyi tədbirdə Assosiasiyanın idarə heyətinin sədri Ramiz İsayev çıxış edərək tikinti sahəsində Azərbaycan-Rusiya biznes əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Açılışdan sonra assosasiyamızın nümayəndələri tərəfindən dizayn, ağac sənayesi və digər müxtəlif sahələrdən olan iri rus şirkətləri ilə B2B görüşlər keçirilib və gələcəkdə qarşılıqlı ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunub.