ATİA ofisində assosiasiyamıza yeni üzv olan şirkətlər – ADO Alüminium MMC, FDM Group MMC, Bysanton Dış Ticaret AŞ və Mica MMC ilə görüşlər baş tutdu

Bu gün ATİA ofisində assosiasiyamıza yeni üzv olan şirkətlər- ADO Alüminium MMC, FDM Group MMC, Bysanton Dış Ticaret AŞ və Mica MMC ilə görüşlər baş tutdu. Görüş çərçivəsində bu şirkətlərin nümayəndələrinə üzvlük sertifikatları təqdim olundu və rəsmi olaraq ATİA-ya üzv olmaları ilə bağlı qarşılıqlı anlaşma müqavilələri imzalandı.

Bu yeni qurulmuş əməkdaşlıqlar assosasiya olaraq bizim tikinti sənayesinin inkişafı və yerli biznes mühitinin gücləndirilməsi kimi missiyalarımıza xidmət edir və gələcəkdə daha da böyük nailiyyətlərə birlikdə imza atmağımıza böyük töhvə verməkdədir.