Bakı KOB Evində ATİA-nın təşkilatçılığı ilə “COP29 Beynəlxalq iqlim tədbirinin müasir tikinti sektoruna təsirləri və innovasiyaların inkişafı” mövzusunda tədbir baş tutmuşdur

Bu gün Bakı KOB Evində ATİA-nın təşkilatçılığı ilə “COP29 Beynəlxalq iqlim tədbirinin müasir tikinti sektoruna təsirləri və innovasiyaların inkişafı” mövzusunda tədbir baş tutmuşdur.

Görüşdə KOBİA İdarə Heyətinin sədr müavini Samir Hümbətov və ATİA idarə heyətinin sədri Ramiz İsayev çıxış edərək mövzu ilə bağlı öz dəyərli fikirlərini bölüşdülər. Tədbirin sonunda ATİA tərəfindən tədbir və yığıncaqlarda daha aktiv iştirak edən üzvlərimizə təşəkkürnamə təqdim edildi.