Bu gün ATİA və AZSTAND arasında növbəti görüş oldu

Bu gün ATİA və AZSTAND arasında növbəti görüş oldu. Görüş Azərbaycan Standartlaşdırma İnstitunda baş tutdu.Tərəflər arasında qarşılıqlı və müştərək layihələrin hazırlanması, Texniki Komitənin yaradılması, laboratoriyaların birgə fəaliyyətinin təmini, yüksək ixtisaslaşmış kadrların hazırlanması, müştərək seminarların, tədbirlərin , təlimlərin keçirilməsi və digər məsələlərə dair anlaşma memorandumu imzalandı. Memorandumda olan maddələrin tam şəkildə icrasına dair və əlavələrin edilməsinə dair fikir mübadiləsi aparıldı.