May ayının 12-də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və KOBİA nümayəndə heyəti ilə ATİA və Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının idarə heyətinin görüşü oldu
May ayının 12-də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və KOBİA nümayəndə heyəti ilə ATİA və Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının idarə heyətinin görüşü oldu. Görüşdə qum-çınqıl ehtiyatlarından səmərəli istifadə olunması üçün dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi, qum-çınqıl hasilatında yaranan çətinliklərin aradan qaldırılması,qanunsuz fəaliyyət göstərən şirkətlərin çoxluğunun səbəbləri və buna sövq edən maniələr barəsində fikir mübadiləsi aparıldı.Məsələlərin öz həllini tapması üçün geniş miqyaslı görüşlərin təşkili və bir sıra dövlət qurumlarınında bu mövzu ətrafında cəmləşməsi qərara alındı.