Şuşa şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı İşgüzar Şurasının 2-ci iclası baş tutdu

Şuşa şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı İşgüzar Şurasının 2-ci iclası baş tutdu. İclasda ATİA İdarə heyətinin sədri Ramiz İsayev də iştirak etdi. KOBİA və Səudiyyə Palataları Federasiyasının təşkilatçılığı ilə baş tutan iclasda əlaqələrin genişləndirilməsi və Qarabağda investisiya imkanları barədə fikir mübadiləsi aparıldı.