ATİA Sosial Tədqiqatlar Mərkəzi, KOBİA və Mediasiya Şurasının təşkilatçılığı ilə konfrans keçirildi

Bu gün ATİA, Sosial Tədqiqatlar Mərkəzi, KOBİA və Mediasiya Şurasının təşkilatçılığı ilə “Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları” mövzusunda konfrans keçirildi.
ATİA-nın təklifi ilə irəli sürülən vahid müqavilə formasının tətbiqi, dövlət və hökümət nümayəndələri , ölkəmizin öndə gedən tikinti şirkətləri tərəfindən bəyənildi və tikinti sahəsində olan problemlərin hüquqi tənzimlənməsi , bu kimi məsələlərinin müzakirəsi, təkliflərin dinlənilməsi ilə konfrans başa çatdı. Qeyd etmək istərdik ki, vahid müqavilə formasının tətbiq edilməsi notarial qaydada təsdiq edilməsi imkanını yaradacaq, bir mənzilin bir neçə şəxsə satılması kimi illərdir mövcud olan problemi həll edəcək, alıcı qismində çıxış edən şəxslərin aldadılması halları aradan qalxacaq, alıcıları aldatmaq məqsədi olan tikinti sektorunun subyektləri sıradan çıxmasına səbəb olacaq, etibarlı şirkətlərin fəaliyyətinə müsbət təsir göstərəcək.