Sentyabr ayının 12-i İnşaat assosiasiyalar birliyinin birinci beynəlxalq görüşü keçirildi
Sentyabr ayının 12-i İnşaat assosiasiyalar birliyinin birinci beynəlxalq görüşü keçirildi. Görüşdə ATİA İdarə heyəti, müxtəlif ölkələrin inşaat assosiasiyaları rəhbərləri və həmçinin Başqırdıstan Respublikası Baş Naziri, Rusiya Federasiyası Dövlət Dumasının deputatları iştirak etdi. İclasın əsas mövzusu tikinti sektorunda əməkdaşlığın inkişafı və bu sahə üzrə təcrübələrin paylaşılması oldu. Görüş zamanı “Beynəlxalq Tikinti Assosiasiyaları Təşkilatının” yaradılması ilə bağlı ilkin anlaşma memorandumu imzalandı və bütün bu fəaliyyətin koordinasiya edilməsi Başqırdıstan Respublikasının tikinti assosiasiyasının sədri Adel Fidanovnaya həvalə edildi. Görüşün sonunda ATİA və digər ölkələrin assosiasiya rəhbərləri arasında ikitərəfli görüşlər keçirildi.