ATİA və “A-Z CZECH ENGINEERING” MMC şirkətinin nümayəndə heyəti, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Naziri ilə görüşdü

ATİA və “A-Z CZECH ENGINEERING” MMC şirkətinin nümayəndə heyəti, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Naziri ilə görüşdü.
Görüşdə Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafı ilə bağlı, kənd təsərrüfatı təyinatlı torpaqlarda #subartezan quyularına təchiz olunmuş nasosların müasir texnologiyalar əsasında günəş enerjisi ilə çalışması layihəsi müzakirə olundu. Layihə nazirlik tərəfindən bəyənildi və bu istiqamətdə gələcəkdə qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulandı.