Beynəlxalq Maliyyə Korporasiyasının təşkilatçılığı, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyasının təşkilati dəstəyi ilə “Dayanıqlı üfüqlər: Azərbaycanın yaşıl tikinti investisiyalarına yolu” adlı tədbir təşkil olundu
Beynəlxalq Maliyyə Korporasiyasının təşkilatçılığı, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyasının təşkilati dəstəyi ilə “Dayanıqlı üfüqlər: Azərbaycanın yaşıl tikinti investisiyalarına yolu” adlı tədbir təşkil olundu.
İştirakçılarla birgə “Yaşıl bina” prinsipləri və təcrübələri, “Yaşıl tikinti sahəsi”ndə beynəlxalq standartlara və təcrübələrə xüsusən də Avropa İttifaqı tərəfindən müəyyən edilmiş standartlara uyğunlaşmasının təşviqi və bu standartların Azərbaycanda qəbulunun aktuallığı və faydaları müzakirə edildi.
Tədbirdə uğurlu yaşıl tikinti layihələrinin təqdimatı olmaqla problemlərin həll yolları və təsirləri qiymətləndirildi, o cümlədən qobal iqlim hədəflərinə nail olmaqla yaşıl binaların əsas rolunun dərindən araşdırılması barədə geniş müzakirələr aparıldı
Əsas məqsədi dünya miqyasında uğurlu nümunə araşdırmalarını və ən yaxşı təcrübələri nümayiş etdirmək, peşəkar tədqiqatçılar, dövlət və özəl sektorunun maraqlı tərəfləri arasında “networking” və əməkdaşlıq üçün platforma yaratmaq olan, bir sıra dövlət rəsmiləri, tikinti şirkətlərinin rəhbərləri, həmçinin Assosiasiyamızın üzvlərinin iştirak etdiyi tədbirdə ATİA-nın İdarə Heyətinin sədri Ramiz İsayev çıxış edərək “yaşıl bina” layihəsinin ekoloji çirklənmənin qarşısını almaq üçün nə dərəcə əhəmiyyətli olmasından və bu barədə görüləcək işlərin məqsədəuyğunluğundan bəhs etdi.