İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı ilə, Marsol Group üzvü olan sahibkarlarla birlikdə Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre ilə görüş keçirilmişdir
İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı ilə, Marsol Group üzvü olan sahibkarlarla birlikdə Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre ilə görüş keçirilmişdir. ATİA-nın sədri Ramiz İsayevin də iştirak etdiyi axşam ziyafətində Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında mövcud olan və inkişaf etdirilə biləcək biznes əlaqələri, o cümlədən ticarət sahəsində əməkdaşlıq imkanlarını müzakirə edildi. Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası işçi qrupunun sədri Cavanşir Feyziyev iştirak edib, hər iki ölkənin iş adamları və sahibkarları üçün birgə fürsətlər və əlverişli şərait yaratmağın önəmini vurğulayıb.