Uşaq və Yetkinlik Yaşına Çatmayan Şəxslər Üçün Məhsulların Təhlükəsizliyi və Texniki Reqlament Layihələri Müzakirə Olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə “Uşaqlar və yetkinlik yaşına çatmayan şəxslər üçün nəzərdə tutulan məhsulların təhlükəsizliyinə dair texniki reqlament layihələrinin ictimai müzakirəsi” keçirilib.


Tədbirdə Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının rəhbər heyəti də iştirak edib. Görüş zamanı texniki tənzimləmə sisteminin mahiyyəti, bu sahədə görülən işlər və qarşıya qoyulan hədəflər, həmçinin ölkədə texniki tənzimləmə sisteminin qurulması və təkmilləşdirilməsində texniki reqlamentlərin rolu və strateji əhəmiyyəti ətraflı şəkildə təqdim olunub.


Sonda sual-cavab sessiyası təşkil olunub, iştirakçılarla fəal fikir mübadiləsi aparılıb, onların rəy və təklifləri dinlənilib.