Tikinti və İstismar İcazələrinin Vaxt-Xərc Optimallaşdırılması: Bakı KOB Evində İctimai Müzakirə Keçirilib

“Bakı Kob evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə “Tikintiyə və istismara icazələrin alınması üçün tələb olunan vaxt və xərclərlə bağlı mövcud vəziyyət və onların optimallaşdırılması ilə bağlı imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub.

Tədbirdə Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) İdarə Heyətinin sədri Ramiz İsayev və Assosiasiyanın üzvü olan tikinti şirkətlərinin rəhbərləri iştirak ediblər.Müzakirələr zamanı sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər diqqətlə dinlənilib, bu məsələlərin həlli yolları barədə geniş fikir mübadiləsi aparılıb.