ATİA Meksikanın 215-ci Müstəqillik Gününü Təbrik Edir
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası kollektivi adından Meksikanın Milli Müstəqilliyinin 215-ci ildönümü münasibətilə ilk olaraq Meksikanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri xanım Mariya Viktoriya Romero və onun şəxsində bütün Meksika xalqını səmimi qəlbdən təbrik edirik.
Bu mühüm tarixi gün münasibətilə Meksika xalqına daimi sülh, firavanlıq və rifah arzulayırıq. İki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsini diləyirik.