Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbər heyəti “Baku Marriott Hotel Boulevard”da Rabalon Azerbaijan və Hikvision Azerbaijan tərəfindən birgə təşkil edilən “Biznesiniz üçün Ağıllı Təhlükəsizlik” tədbirində iştirak edib

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbər heyəti “Baku Marriott Hotel Boulevard”da Rabalon Azerbaijan və Hikvision Azerbaijan tərəfindən birgə təşkil edilən “Biznesiniz üçün Ağıllı Təhlükəsizlik” tədbirində iştirak edib.

Səhər yeməyi formatında keçirilən bu tədbir də pərakəndə satış, xidmət və tikinti sektorlarından olan iştirakçıları bir araya gətirərək, ağıllı təhlükəsizlik həllərinin bizneslərə təqdim etdiyi imkanları müzakirə etmək üçün əlverişli platforma yaradılıb.


Tədbirdə iştirakçılar təhlükəsizlik texnologiyalarındakı ən son yeniliklər, onların praktik tətbiqi və səmərəliliyi haqqında məlumatlandırılıb.