BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakıda keçiriləcəyi elan edilib.
Şəhərsalma sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biri olan Forum dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor və ekspertləri bir araya gətirəcək. Burada qlobal urbanizasiya prosesləri və şəhərlərin davamlı inkişafı müzakirə olunacaq.
Xatırladaq ki, əvvəlki sessiya WUF11 2022-ci ildə Polşanın Katovitse şəhərində, sonuncu sessiya WUF12 isə 2024-cü ildə Misirin paytaxtı Qahirədə keçirilib.
Bakıya ev sahibliyi imkanını ölkəmizin şəhərsalma sahəsindəki uğurlu islahatlarının və beynəlxalq nüfuzunun daha bir göstəricisi hesab etmək olar.
