Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) İdarə Heyətinin sədri Ramiz İsayev İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında keçirilən əməkdaşlıq görüşündə iştirak edib

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) İdarə Heyətinin sədri Ramiz İsayev İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında keçirilən əməkdaşlıq görüşündə iştirak edib.


Görüş çərçivəsində İCMA və TİF arasında əməkdaşlığa dair memorandum imzalanıb. ATİA-nın sədri Ramiz İsayev çıxış edərək, “Qarabağ Təqaüd Proqramı”na qoşularaq, təqaüd proqramı üzrə təhsil alan 5-10 tələbəyə Assosiasiya tərəfindən dəstək veriləcəyini bildirib. O, həmçinin bu təşəbbüsə ATİA-ya üzv şirkətlərin də cəlb olunacağını və gənclərin təhsil imkanlarının genişləndirilməsini vurğulayıb.