Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Azərbaycan Respublikasının İqtisadi Şurasının “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması” islahatları üzrə İşçi Qrupunun Tikinti və kommunal infrastruktura qoşulma üzrə altqrupu çərçivəsində iclas keçirilib
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Azərbaycan Respublikasının İqtisadi Şurasının “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması” islahatları üzrə İşçi Qrupunun Tikinti və kommunal infrastruktura qoşulma üzrə altqrupu çərçivəsində iclas keçirilib.
İclasda tikinti və kommunal infrastruktur sahələri üzrə müvafiq qurumların və təşkilatların nümayəndələri iştirak ediblər.
Sahibkarların qarşılaşdığı problemlərin həlli, proseslərin sadələşdirilməsi və sektorun inkişafı istiqamətində fikir mübadiləsi aparılıb. Koordinasiya Qrupunun üzvləri arasında keçirilən səsvermə nəticəsində Tikinti və Kommunal İnfrastruktura Qoşulma üzrə Altqrupun Koordinasiya Qrupunun rəhbəri funksiyası Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının sədri Ramiz İsayevə həvalə olunub.
R. İsayev qarşıya qoyulan vəzifələrin həlli istiqamətində bütün səylərini səfərbər edəcəyini bildirib. Bu addım tikinti sahəsində əlaqələndirmənin gücləndirilməsinə və praktiki həll yollarının formalaşdırılmasına töhfə verəcək.
