Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədr müavini Əşrəf Şıxəliyev, Azərbaycan nümayəndə heyətinin tərkibində Monteneqronun Podqoritsa, Budva və Tivat şəhərlərinə təşkil olunan səfər çərçivəsində biznes missiyada iştirak etmişdir

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədr müavini Əşrəf Şıxəliyev, Azərbaycan nümayəndə heyətinin tərkibində Monteneqronun Podqoritsa, Budva və Tivat şəhərlərinə təşkil olunan səfər çərçivəsində biznes missiyada iştirak etmişdir.


Nümayəndə heyəti Monteneqronun Baş nazirinin müavini Milun Zoqoviç, Şəhərsalma və Urbanistika naziri Slaven Rudonoviç və Turizm naziri Simonita Kortiç ilə məhsuldar görüşlər keçirilmişdir. Görüşlərdə Azərbaycanlı tikinti və infrastruktur şirkətlərinin Monteneqroda layihələrdə iştirakı və investisiya imkanları müzakirə olunmuş və ilkin razılıqlar əldə edilmişdir. Səfər Azərbaycan Respublikasının Milli Məclisinin təşkilatçılığı ilə reallaşdırılıb.