“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Yer Üstü Nəqliyyat Agentliyinin (AYNA) dəstəyi ilə “Yaşıl Nəqliyyat Biznesi: İmkanlar və Perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib

“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Yer Üstü Nəqliyyat Agentliyinin (AYNA) dəstəyi ilə “Yaşıl Nəqliyyat Biznesi: İmkanlar və Perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib.

Tədbirdə Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) İdarə Heyətinin sədri Ramiz İsayev də iştirak edib.

Müzakirələr zamanı yaşıl nəqliyyat sahəsində infrastrukturun qurulması, ekoloji həllərin tətbiqi və tikinti sektorunun bu prosesdəki rolu mövzusunda fikir mübadiləsi aparılıb. Ramiz İsayev çıxış edərək yük avtomobillərinin müəyyən şərtlərlə avtobus zolaqlarında birlikdə hərəkət edə bilməsini təklif edib.