Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının nümayəndələri Rusiyanın Kaluqa şəhərində keçirilmiş revers biznes-missiyasında iştirak edib
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının nümayəndələri Rusiyanın Kaluqa şəhərində keçirilmiş revers biznes-missiyasında iştirak edib.
Tədbir çərçivəsində tikinti və istehsal sahəsində fəaliyyət göstərən şirkətlərlə B2B formatında görüşlər keçirilib, potensial əməkdaşlıq istiqamətləri üzrə səmərəli müzakirələr aparılıb. Bununla yanaşı, Kaluqa şəhərindəki bir sıra istehsal müəssisələrinə səfər təşkil olunub və istehsal prosesləri ilə yerində tanışlıq həyata keçirilib.