Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbər heyəti Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) İdarə Heyətinin sədri Günay Şahbazova ilə görüş keçirib

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbər heyəti Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) İdarə Heyətinin sədri Günay Şahbazova ilə görüş keçirib.


Görüş zamanı iki Assosiasiya arasında mümkün əməkdaşlıq istiqamətləri, qarşılıqlı təcrübə mübadiləsi, üzv şirkətlərə təqdim edilə biləcək xidmətlər və ortaq layihələrin icrası perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin, tikinti sektorunda şəffaflığın artırılması, maliyyə hesabatlılığı və risklərin idarə olunması sahəsində ARPA-nın peşəkar potensialının ATİA üzvləri üçün faydalı ola biləcəyi qeyd edilib.