Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının rəhbərliyi Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero ilə görüşüb

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının rəhbərliyi Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero ilə görüşüb.


Görüşdə iki ölkə arasında tikinti sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Xüsusilə, Meksikalı investorların Azərbaycana cəlb edilməsi və Meksikada reallaşa biləcək potensial layihələr diqqət mərkəzində olub. Eyni zamanda, yerli tikinti şirkətlərinin Meksika bazarına inteqrasiyası və qarşılıqlı tərəfdaşlıq imkanları da qiymətləndirilib.